12px13px15px17px
Tarix:30/09/13

“Sharp” şirkəti “Windows” ilə işləyən planşet təqdim edib

Yaponiyanın “Sharp” şirkəti bu gün Tokioda öz işinə başlamış “CEATEC 2013” sərgisində “IGZO” adlı qabaqcıl ekran və “Windows 8” əməliyyat sistemi ilə işləyən ilk planşetini nümayiş etdirib. “Mebius Pad” adlanan yeni planşet 2560x1600 piksel təsvir ölçüsünə malikdir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Mebius Pad” planşeti dördnüvəli “Atom Z3370” prosessoru ilə işləyir. “Sharp” şirkətindən bildirilib ki, planşetin baza versiyasına “Windows 8” əməliyyat sistemi quraşdırılıb, lakin “Microsoft” şirkəti “Windows 8.1” əməliyyat sistemini çıxaran kimi yeniləmə paketini cihaza ödənişsiz  quraşdırmaq mümkün olacaq.

Planşet toz  və sukeçirməz korpusla təchiz olunub. 2014-cü ilin əvvəlində Yaponiyada planşetin LTE şəbəkələrini dəstəkləyən versiyası da çıxarılacaq.

Emil Hüseynov



Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024