12px13px15px17px
Tarix:30/09/13

Azərbaycanda istifadə olunan Maliyyə Proqramlaşması sistemi üzrə vyetnamlılara təcrübə mübadiləsi keçilib

Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Mərkəzi Bankda (MB) olan Vyetnam Dövlət Bankının nümayəndələrinə təcrübə mübadiləsi keçirilib. MB-dan qeyd edilib ki, onlara Azərbaycan Mərkəzi Bankında istifadə olunan Maliyyə Proqramlaşması sisteminin xarakteristikası, iş prinsipləri, istifadə edilən proqnozlaşdırma metodları haqda məlumatlar verilib:
 
 “Burada proqnozların işlənməsi zamanı ölkə iqtisadiyyatının xüsusiyyətlərinin nəzərə alınması, iqtisadiyyatın sektorları arasındakı əlaqələr, simulyasiya ssenarilərinin seçilməsi meyarları, aparılan tədqiqat nəticələrinin proqnozlaşdırma metodlarının təkmilləşdirilməsində istifadəsi, pul siyasəti istiqamətlərinin hazırlanmasında proqnozların nəzərə alınması kimi məsələlər üzrə Azərbaycan Mərkəzi Bankının təcrübəsi bölüşülüb”.
 
Qeyd edək ki, Maliyyə Proqramlaşması bazasında makroiqtisadi proqnozlaşdırma sistemi 2005-ci ildən etibarən Azərbaycan Mərkəzi Bankında praktiki istifadə olunur.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 809

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024