12px13px15px17px
Tarix:02/10/13

Çağırışçılarla bağlı elektron xidmətin inzibati reqlamentinin layihəsi SHÇDX-in saytında yerləşdirilib

Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi elektron xidmətinin inzibati reqlamentinin layihəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında (seferberlik.gov.az) yerləşdirilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsini nəzərdə tutur. Bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılıb.  İnformativ növlü e- xidmət ödənişsiz həyata keçirilir. Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur. Xidmətdən yararlanmaq üçün ərizəçi “seferberlik.gov.az” internet ünvanına daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir və bundan sonra açılan müraciət formasını doldurduqdan sonra göndərir.

CAHANGİR



Baxış sayı: 1587

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024