12px13px15px17px
Tarix:02/10/13

“Gənclərin internetdən səmərəli istifadəsində KİV-in rolunun artırılması” layihəsinə start verilib

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin internetdən səmərəli istifadəsində KİV-in rolunun artırılması” layihəsinə start verilib. Layihə rəhbəri Ədil Ədilzadənin verdiyi məlumata görə, layihə çərçivəsində KİV-də gənclərin internetdən səmərəli istifadəsinə dair maarifləndirici məlumatlar yerləşdiriləcək. Onun sözlərinə görə, KİV-də yer alan məlumatlar həmçinin sosial şəbəkələrdə və digər aidiyyəti yerlərdə paylaşdırılacaq:
 
 
“Bu gün İKT-nin sürətli inkişafı internetin əhatə dairəsini daha da genişləndirib. Artıq bütün evlərdə internetdən istifadə olunur. Bir sıra hallarda isə internetdən istifadə acınacaqlı hal alır. Əsasən gənclik vaxtının çoxunu internetdə keçirir. Bu isə vaxt itkisi ilə yanaşı, gənclərin internetdən səmərəsiz istifadəsi ilə nəticələnir. Müxtəlif oyunlar oynayan, sosial şəbəkələrdə zaman keçirən gənclik, internetə zaman keçirmək üçün virtual məkan gözündə baxır. Halbuki, internetin verdiyi imkanlar çox böyükdür. Burda müxtəlif biliklərə yiyələnməklə gəncliyimiz ölkəmizə, millətimizə və dövlətimizə layiqli gənclər ola bilərlər. Onlar internet imkanlarından daha səmərəli istifadə etməklə Azərbaycan həqiqətlərini dünyaya çatdıra, bu yöndə  həyata keçirilən işə öz töhfələrini verə bilərlər. Layihənin məqsədi də ondan ibarətdir ki, KİV-də bu kimi yazıların dərc olunması yolu ilə cəmiyyətin diqqətini sözügedən problemə yönəldək”.
 

Ə.Ədilzadə onu da qeyd edib ki, layihə çərçivəsində bukletlər çap olunub paylanılacaq: “Bukletlərin əsasən valideynlərə paylanması nəzərdə tutulub. Çünki gənclərin internetdən səmərəli istifadəsində valideynlərin rolu böyükdür. Bizim amalımız ondan ibarətdir ki, valideynlər özləri gənclərin internetdən səmərəli istifadəsində maraqlı olsunlar”.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024