12px13px15px17px
Tarix:02/10/13

MSK katibi: “Sosial şəbəkələrdə seçkilərlə bağlı təbliğat kütləvi xarakter alırsa və nəticəyə təsir edirsə, bunun qarşısı alınmalıdır”


"Sosial şəbəkələrdə təbliğat seçki prosesindən əvvəl başlayır, seçki günü və sonra da davam edir".
Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri" mövzusunda keçirilən konfransda deyib.

Şura sədri deyib ki, əslində bu, bütün dünyada belədir: "Lakin buna baxmayaraq biz hesab edirik ki, sosial şəbəkələrin hələlik statusu olmadığı üçün istifadəçi seçkiyə 5 gün qalmış Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. Yoxsa seçki günü sosial şəbəkə təmsilçisi seçki məntəqəsinə gəlib, seçkini müşahidə edəcəyini söyləyə bilməz".

Konfransda iştirak edən Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov buna münasibət bildirərək deyib ki, əgər bu hal kütləvi xarakter alırsa və nəticəyə təsir edirsə, bunun qarşısı alınmalıdır:

Kamal Hacıyev



Baxış sayı: 762

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024