12px13px15px17px
Tarix:04/10/13

“Bakcell” “Qazandıran SMS” adlı promo kampaniyaya start verdi


 
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti "Novamedia" MMC-nin dəstəyi ilə "Qazandıran SMS" adlı yeni promo kampaniyaya start verdi.
 
2013-cü ilin oktyabr ayından etibarən bütün "Bakcell" abunəçiləri müxtəlif müsabiqələrdə iştirak edib böyük məbləğdə pul mükafatlarını qazanmaq şansını əldə edəcəklər.
 
Kampaniyaya qoşulmuş "Bakcell" abunəçiləri "Mümkün qədər sürətli ol", "Gündəlik viktorinalar", "Tematik günlər", "Sehirli sözlər" və "Xoşbəxt saatlar" kimi müsabiqələrdə iştirak edə biləcəklər.
 
Pul mükafatları seçilmiş kateqoriyalar üzrə əldə olunan müvəffəqiyyətlərə görə veriləcək. Mükafatlar gündəlik 25 AZN mükafatından 25 000 AZN məbləğində əsas mükafata qədər fərqlənəcək. "Bakcell" abunəçiləri suallara cavab verib xal toplamaqla bir-biri ilə yarışacaq. Daha çox xal - daha böyük məbləğdə mükafat deməkdir!
 
"Qazandıran SMS" müsabiqəsinə qoşulmaq üçün abunəçi "START" yazıb 5500 nömrəsinə SMS göndərməlidir.
 
Siz həmçinin müxtəlif xidmətlərə (HAVA PROQNOZU, XƏBƏRLƏR, İDMAN, PƏHRİZ, GÖZƏLLİK və s.) abunə olmaqla, bu müsabiqəyə qoşula bilərsiniz. Xidmətə qoşulmaq üçün "QAZAN" yazıb 5500 nömrəsinə SMS göndərin. Abunə xidmətlərinə qoşulduqda ilk həftə PULSUZDUR! Abunəçi həm xidmətdən yararlanır, həm də ki xal qazana bilər.
Xidmətlərin abunə haqqı gündə 0.24 AZN təşkil edir. 5500 nömrəsinə göndərilən hər SMS-in qiyməti 0.59 AZN təşkil edir.

RƏVAN



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024