12px13px15px17px
Tarix:04/10/13

Yeni “Nar” nömrəsi alan dərhal 3 AZN balans hədiyyə qazanır

Hər zaman yenilikçi yanaşmaya meyil göstərən və fərqli imkanlar təqdim edən “Nar Mobile” mobil rabitə istifadəçilərini sevindirməyə davam edir. Bu dəfə mobil operatorun yeni təklifi potensial “Nar Mobile” abunəçilərinə yönəlib. Belə ki, “Nar Mobile” mobil operatorunun yeni abunəçiləri artıq şəbəkəyə  qoşulmanın üstünlüklərini ilk andan etibarən hiss etməyə başlayacaqlar. Əldə edilən “Nar” nömrəsinin dəyərindən asılı olmayaraq, artıq hər bir yeni abunəçinin balansına dərhal 3 AZN hədiyyə ediləcək. 
 
Hədiyyə kimi təqdim edilən məbləğ yeni nömrə aktivləşdirildikdən sonra avtomatik olaraq balansa yüklənilir. Bu məbləğdən ölkədaxili zənglər, SMS və internet, eləcə də istənilən tarif və ya kampaniyaya qoşulmaq üçün istifadə edilə bilər.
 
Daha ətraflı məlumatı bizim internet səhifəmizdən əldə etmək olar:
 
http://narmobile.az/private/WelcometoNarMobile/

RƏVAN
 

 



Baxış sayı: 795

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024