12px13px15px17px
Tarix:07/10/13

Elektron ticarətin təşviqi ilə bağlı qanunvericilik aktlarına dəyişikliklərin edilməsinə dair təkliflər paketi hazırlanıb

Azərbaycan Respublikasının qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması ilə bağlı ölkədə həyata keçirilən işlər çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
 
Belə ki, hazırda ölkədə elektron ticarətin təşviqi və inkişaf etdirilməsi istiqamətində qanunvericilikdə mövcud olan bəzi çatışmazlıqların aradan qaldırılması məqsədilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda Rəqabətlilik və Ticarət (ART) layihəsi ilə birlikdə RİTN tərəfindən Azərbaycan Respublikasının elektron ticarətlə bağlı qanunvericilik aktlarına dəyişikliklərin  edilməsinə dair təkliflər paketi hazırlanıb.
 
Təkliflər paketi Azərbaycan Respublikasının “Elektron ticarət haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Fərdi məlumatlar haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət satınalmaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlarına, eləcə də Cinayət, Cinayət Prosessual, Mülki Prosessual və İnzibati Xətalar haqqında məcəllələrinə dəyişiklikləri əhatə edir.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə  RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsindən məlumat verilib. Məlumatda qeyd edilir ki, layihə aidiyyəti dövlət orqanları tərəfindən verilmiş rəy və təkliflər əsasında təkmilləşdirilərək aidiyyəti üzrə Nazirlər Kabinetinə təqdim edilib.
 
SEYMUR



Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024