12px13px15px17px
Tarix:07/10/13

“Elektron hökumət” portalına yeni elektron xidmətlər əlavə edilib


 
Səhiyyə Nazirliyinin 6 yeni elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portal vasitəsilə təqdim olunan bu xidmətlərə “Yeyinti məhsulları üzərində “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə icazə məktubunun verilməsi”, “Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “Qida məhsullarının daşınmasına icazə verən sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu” daxildir.

Qeyd edək ki, ümumilikdə “Elektron hökumət” portalında səhiyyə sahəsinə dair 24 elektron xidmətdən yararlanmaq imkanı yaradılıb.

CAHANGİR
 
 
 



Baxış sayı: 314

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Noyabr 2019

11 11 2019