12px13px15px17px
Tarix:07/10/13

“Texnoloji transfer və innovasiyalar -2013” beynəlxalq konfransı keçiriləcək

29-30 oktyabr tarixlərində Çexiya Respublikasının Praqa şəhərində 2-ci “Texnoloji transfer və innovasiyalar-2013” (TTI 2013) beynəlxalq konfransı keçiriləcək. AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) bildirilib ki, konfransla yanaşı, 30 oktyabr tarixində B2B (biznes biznes üçün) seminarı keçiriləcək.
 
Konfransın məqsədi müxtəlif sənaye qruplarını, o cümlədən dövlət strukturları və qeyri-hökumət təşkilatları, biznes şirkətləri, menecerlər, elmi tədqiqat müəssisələrinin qabaqcıl mütəxəssisləri, tədqiqatçı alim və ali məktəblərin sahə üzrə peşəkar insanlarını bir ayara gətirməklə, texnologiya transferi və innovasiya sahəsində nəzəri məsələlər və əldə edilən nailiyyətlərlə bağlı fikir və təcrübələri bölüşmək üçün hərtərəfli platforma yaratmaqdır.
 
 İki gün davam edəcək konfransın mövzularına “Texnologiya və innovasiya siyasəti”, “Akademik və sənaye yenilikləri”, “Texnologiya transferində dizayn və modellər”, “Maraqlı tərəflər üçün akademik əsaslı texnologiya transferi”, “Texnologiya transferi və regional iqtisadiyyat” və s. kimi müxtəlif tematik bölmələr daxildir.
 
Mərkəzdən bildirilib ki, konfransla maraqlanan, eyni zamanda iştirak etməyən şəxslər aşağıdakı ünvanda qeydiyyatdan keçə bilərlər: http://www.b2match.eu/cross-industrypartnering2013/
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1273

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024