12px13px15px17px
Tarix:07/10/13

“Dövlət Statistika Komitəsində informasiya təhlükəsizliyinə dair maarifləndirmənin genişləndirilməsi” üzrə seminar keçirilib

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Dövlət Statistika Komitəsində (DSK) informasiya təhlükəsizliyinə dair maarifləndirmənin genişləndirilməsi” mövzusunda seminar keçirilib. Komitədən bildirilib ki, seminarda DSK-nın sədr müavini Y.Yusifov müasir dövrdə informasiyanın və onun təhlükəsizliyinin bütün cəmiyyət, eyni zamanda Dövlət Statistika Komitəsi üçün ən prioritet məsələlərdən biri olduğunu qeyd edib.
 
 Daha sonra Baş Hesablama Mərkəzinin direktor müavini F.Cəlilov komitədə informasiya sistemlərinin təhlükəsizliyi mövzusunda mühazirə ilə çıxış edib. O, DSK-da informasiya təhlükəsizliyinin texniki təminatı, serverlərin iş prinsipləri, fərdi kompyuterlərdə informasiya itkisinin qarşısının alınması yolları və antiviruslar haqqında seminar iştirakçılarına geniş məlumat verib.
 
İnformasiya təhlükəsizliyinin hüquqi təminatı mövzusunda çıxış etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri B.Məmmədov tədbirə dəvət olunub. O, çıxışı zamanı Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin hüquqi təminatı, bu sahədə olan qanunvericilik aktları, kibercinayətkarlıq və onun təzahür formaları, kibercinayətkarlığa qarşı mübarizə tədbirləri haqqında məlumat verib.
 
 Daha sonra Dövlət Statistika Komitəsində informasiya mübadiləsi, informasiyanın təhlükəsizliyinin təmin olunması, məlumatların arxivləşdirilməsi və surətlərinin çıxarılması haqqında Baş Hesablama Mərkəzinin Məlumat Bazaları Texnologiyalarının tətbiqi şöbəsinin rəis müavini S.Hacıyeva məlumat verib.  
 
Dövlət Statistika Komitəsində informasiya mübadiləsi, informasiyanın təhlükəsizliyinin təmin olunması zamanı yaranan problemlər haqqında isə Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdir müavini Ç.Əliyeva çıxış edib. Tədbirin sonunda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 465

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Fevral 2020

19 02 2020

19/02/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmənin təhlükəli olduğunu etiraf edib

“Microsoft” korporasiyası sistemdə problemlər yaradan “Windows 10” yeniləməsini geri çağırıb.

19/02/20
“Windows 7” istifadəçiləri kütləvi hücuma məruz qalıblar

Kibertəhlükəsizlik üzrə mütəxəssislər “Windows 7” sisteminin idarəetməsi altında işləyən sistemlərə qarşı

19/02/20
2 ildən sonra smartfonları enerji ilə doldurmağa ehtiyac qalmayacaq

Kvant nöqtələrinə malik plyonka əsasında işığın enerjiyə çevrilməsi üçün yeni texnologiya ilə təchiz

19/02/20
Dünya İKT bazarının həcmi 4,30 trilyon dollara çatacaq

“International Data Corporation” (IDC) şirkəti 2020-ci ildə dünya informasiya-kommunikasiya texnologiyala

19/02/20
“Microsoft” korporasiyası “Android” üçün “Office” çoxfunksiyalı proqramını təqdim edib

“Microsoft” korporasiyası bir neçə il mobil qurğuların istifadəçilərinə öz sənəd, cədvəl və təqdimatların

19/02/20
Dünyada ən yaxşı ekrana malik smartfon məlum olub

Displeylərin yoxlanılması ilə məşğul olan “DisplayMate” şirkətinin mütəxəssisləri “Samsung Galaxy S20 Ult

19/02/20
Yer üçün təhlükəli asteroidlərin axtarışı üçün mexanizm yaradılıb

Niderlandın tədqiqatçılar qrupu Yer kürəsi üçün təhlükə törədən asteroidlərin axtarışı ilə məşğul olan ne

19/02/20
Kütlədə insanların bədən temperaturunu ölçən robotlar hazırlanıb

Koronavirusla mübarizə çərçivəsində Çin mühəndisləri kütlə içində insanların yüksək bədən temper

19/02/20
Koronavirus “Apple” şirkətinə ziyan vurub

“Apple” şirkəti Çində yayılan ölümcül koronavirusla əlaqədar 2020-ci ildə rüblük gəlir göstəric