12px13px15px17px
Tarix:08/10/13

“İşğal altında - Ağdam” kompüter oyununun təqdimatı keçirilib


Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə "AzDımension" gənclərdən ibarət təşəbbüs qrupu tərəfindən hazırlanan "İşğal altında - Ağdam" kompüter oyununun təqdimatı keçirilib. "İşğal altında - Ağdam" kompüter oyunu döyüş janrında hazırlanıb və Qarabağ müharibəsini əks etdirir.


Tədbirdə ilk çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ilk oyun olan "İşğal altında – Şuşa" kompüter oyunları bir il əvvəl həvəskarlarına təqdim edilib və böyük marağa səbəb olub. Onun sözlərinə görə, oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir: "Yeni oyunda kompüter qrafikası təkmilləşdirilib, xüsusi effektlərdən istifadə edilib. Oyunun qrafikası Qarabağın, həmçinin Ağdam şəhərinin real görüntüləri üzərində qurulub. Şəhərin görüntüləri 2 zaman kəsiyində - işğaldan öncə və işğaldan sonra göstərilib. Bu oyun ölkəmizin tarixini öyrənməyə imkan yaradacaq, gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcək".


Daha sonra tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək vurğulayıb ki, bu oyun vasitəsilə səsimizi dünyaya çatdıracağıq: "Əslində oyunun adı çox ağırdır. Ona görə ki, Ağdam hazırda işğal altındadır. Lakin əminik ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və biz bunu birgə qeyd edəcəyik. Biz çox sevinirik ki, belə bir işi təşkil edə bilən gənclərimiz var. Bu işdə hər birinizə uğurlar arzu edirəm".


Kamal Hacıyev



Baxış sayı: 751

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024