12px13px15px17px
Tarix:08/10/13

“Apple” ilin sonuna kimi ingilisdilli ölkələrdə “iTunes Radio”nu təqdim edəcək


"Apple" şirkətindəki mənbələr bildirirlər ki, "iTunes Radio" servisinin ABŞ sərhədindən kənarda  yerləşən ingilisdilli ölkələrdə genişləndirilməsi 2014-cü ilin əvvəlində planlaşdırılıb.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, burada ilk növbədə Böyük Britaniya, Kanada və Avstraliyadan söhbət gedir. Servisin genişlənməsi bazar liderləri olan  "Pandora Media" və "Spotify" şirkətlərinə daha ciddi rəqabət yaradacaq.

"Apple" şirkətindəki mənbələr bildiriblər ki, "iTunes Radio" servisi Avstraliya və Yeni Zelandiyada 2014-cü ilin yanvarında başlanmalıdır. Gələn ilin yazında isə bu servis Skandinaviya regionunda istifadəyə veriləcək, lakin burada lisenziya məhdudiyyətlərinə görə zəruri aydınlıq əldə edilməyib.

Məlumdur ki, dünya üzrə yayılmaya görə "Apple" şirkəti "Pandora" və ya "Spotify"dən daha sürətlə irəliləyir, çünki birinci əsas rekord-laybları ilə beynəlxalq hüquqlar üzrə sazişlərə malikdir, o cümlədən "Warner" və "Universal Music", halbuki digər servis təchizatçılarında  bu hüquqlar lokaldır.

Bu günlərdə "Apple" şirkətinin internet bölməsinin rəhbəri Eddi Kyu "iTunes Radio"nun startından məmnun qalıb və onu bütün dünyada çox tez zamanda əlçatımlı etmək niyyətindədir.
 
"Bizim əsas prioritetlərimizdən biri – "iTunes Radio"nu qlobal səviyyədə əlçatımlı etməkdir. Biz bu servisi 100- dək ölkədə buraxmaq niyyətindəyik",-  deyə o bildirib.
Xatırladaq ki, "Apple" bu musiqi yayımı servisini sentyabrda,  iOS 7.0 əməliyyat sistemi ilə bir vaxtda istifadəyə verib. Baxmayaraq ki, "iTunes Radio" şəbəkə radio bazarına yetərincə gec çıxıb, hazırda servisin 11 milyon istifadəçisi var.
Qeyd edək ki, "iTunes Radio" ilə rəqabət aparan "Pandora" və "Spotify" servislərinin müvafiq olaraq 72 və 24 milyon istifadəçisi var. "Spotify" və "Pandora" əlavə proqram kimi "iPhone"da mövcuddur, baxmayaraq ki, bütün yeni "iPhone" modelləri öncədən "iTunes Radio" ilə təchiz edilirlər.
Kyunun fikrincə, hazırda internet-yayım bazarında bütün şirkətlər üçün yer var, baxmayaraq ki, "Apple" burada lider olmaq niyyətindədir.
"Biz əhəmiyyətli dərəcədə diqqət çəkirik, bir çoxları bizə müraciət edərək qüsurları göstərirlər, nələrisə tövsiyə edirlər. Bizim məqsədimiz  keyfiyyətli radiostansiyalar yaratmaqdır. Keyfiyyət məsələsi  həmişə unikal məsələdir, buna görə burada universal resept yoxdur", - deyə o bildirib.
Aynur Vəliyeva
 



Baxış sayı: 414

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.