12px13px15px17px
Tarix:08/10/13

“Ən yaxşı sosial çarx” müsabiqəsi yekunlaşıb


Azərbaycan Gənclər Fondunun keçirdiyi “Ən yaxşı sosial çarx” müsabiqəsi yekunlaşıb.
 Fonddan verilən məlumata görə, 15 iyul-1 oktyabr 2013-cü il tarixlərində gənclər arasında keçirilən qısametrajlı sosial çarxlar müsabiqəsinin məqsədi gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə yönəltmək olub.

 Müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak edib. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanmış qısametrajlı sosial çarxlar bu istiqamətləri əhatə edib: “Yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti”, “Vətənpərvərlik”, “Ekologiya və ətraf mühitin qorunması”, “Gənclik və təhsilin təbliği”, “Milli adət və ənənələrimiz”, “Müasir ailə dəyərləri”.

 Müsabiqənin şərtlərinə əsasən, ağ-qara və yaxud rəngli, MP4, 1020p-HD formatda 3 (üç) dəqiqəyə qədər çəkilmiş və DVD diskə köçürülmüş çarxlar təqdim olunub.

 Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı və diplom təqdim olunacaq.        
 Müsabiqə çərçivəsində gənclər tərəfindən 55 sosial çarx təqdim edilib.

 Önümüzdəki həftə ərzində münsiflər heyəti tərəfindən çarxlara baxış keçiriləcək və bir neçə gün ərzində qalib çarxlar müəyyənləşdiriləcək.

Kamal Hacıyev



Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024