12px13px15px17px
Tarix:08/10/13

RİTN-də “Mən Azərbaycanlıyam” onlayn bilik yarışmasının sentyabr ayı üzrə qalibləri mükafatlandırılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) “Mən Azərbaycanlıyam” onlayn bilik yarışmasının sentyabr ayı üzrə 1-ci, 2-ci və 3-cü ongünlüklərin, həmçinin sentyabr ayının qaliblərini mükafatlandırma mərasimi keçirilib.
 
 Tədbirdə nazir müavini Elmir Vəlizadə qalib iştirakçıları təbrik edərək xatırladıb ki, “Mən Azərbaycanlıyam” onlayn bilik yarışması ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub və “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində reallaşdırılır.
 
Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsi olduğunu vurğulayan nazir müavini qeyd edib ki, burada bütün Azərbaycan vətəndaşları yaşından asılı olmayaraq iştirak edə bilər.
 
O, 4 ay ərzində yarışmaya qoşulanların sayının 91.823 nəfərə çatdığını qeyd edərək, bunu yarışa olan böyük marağın bariz nümunəsi kimi qiymətləndirib. Nazir müavini yarışda iştirak üçün qeydiyyatdan keçənlərin 65 faizinin kişi, 35 faizinin isə qadın istifadəçiləri olduğunu diqqətə çatdırıb.
 
E.Vəliyev xatırladıb ki, yarışma dekabr ayının 1-dək davam edəcək və dekabrın ilk həftəsi isə superfinal keçiriləcək: «Əvvəlki aylarda olduğu kimi, bu dəfə də yarışa təkcə paytaxtdan deyil, eyni zamanda bölgələrdən də qoşulanlar və qalib olanlar çoxdur. Biz bu ayın qaliblərinə fikir versək, onların əksəriyyətinin tələbə olduqlarını görərik».
 
 
Qeyd edək ki, ilk dəfə olaraq qaliblərin 6-sı bir ali məktəbin – Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olub. Bu səbəbdən də tədbirə qatılan universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Yusif Ağayev bildirib ki, “Mən Azərbaycanlıyam” onlayn bilik yarışması ölkənin tanıdılması, təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Gənclərin bu yarışmada iştirakının mühüm amil olduğunu önə çəkən Y.Ağayev universitetin 6 tələbəsinin sentyabr ayının qalibi olmasından məmnunluğunu ifadə edib.
 
 
Məlumat üçün bildirək ki, yarışın şərtlərinə uyğun olaraq ongünlüklərin qaliblərinə netbuk tipli kompüter, ilk 100-lüyə daxil olan digər iştirakçılara isə həvəsləndirici mükafatlar – “Nar Mobile” və “Bakcell” şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartları təqdim edilib. Sentyabr ayı ərzində yarışma iştirakçıları arasında ən yaxşı nəticə göstərmiş 3 nəfər sentyabr ayının qalibi seçilib. 1-ci yeri tutan Emilya Şalbuzova “iPhone” mobil telefonuna və mini- “iPhad” planşetinə, 2-ci yeri tutan Alim Nəcəfov “iPhone” mobil telefonuna, 3-cü yeri tutan Zərifə Adıgözəlova isə mini- “iPhad” planşetinə sahib olublar.
Yarışmaya oyunun rəsmi saytı (www.azerbaycanliyam.az) və «Facebook»dakı səhifəsi (https://apps.facebook.com/azerbaycanliyam/?fb_source=search&ref=ts&fref=ts) vasitəsilə qoşulmaq mümkündür.
 
Seymur Qasımbəyli



Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye