12px13px15px17px
Tarix:09/10/13

Pensiyaların plastik kartlarla ödənişi genişləndirilib

Cari ilin 9 ayında pensiyaların plastik kartlarla ödənilməsi sferası daha da inkişaf etdirilib. Hazırda kənd yerlərində yaşayan və pensiya ödənişi aparılan pensiyaçıların 98,8%-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,5%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub.  
 
Bu məqsədlə ümumilikdə 701, o cümlədən kənd və qəsəbələrdə 159 bankomat fəaliyyət göstərir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.
 
Onun sözlərinə görə, əmək pensiyaçılarının rahatlığını təmin etmək məqsədilə bu ilin mart ayından etibarən SMS info xidmətinin tətbiqinə başlanılıb və xeyli sayda pensiyaçı bundan yararlanmaqdadır:
 
 
“Xidmətə qoşulan pensiyaçıların hər ay hesabına pul köçdükdə, dərhal həmin təqaüdçülərin mobil telefonuna “sizin hesabınıza bu məbləğdə pul köçürülüb, ala bilərsiniz” tipli SMS məlumat göndərilməkdədir. SMS info xidmətindən yararlanmaq  üçün sadəcə pensiyaçının ya özünün, yaxud evdə hər hansı bir yaxınının nömrəsini müvafiq müvəkkil banka verməsi tələb olunur”.
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 820

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024