12px13px15px17px
Tarix:09/10/13

Dünyanın bir çox ölkəsindən seçkilər onlayn rejimdə izlənir

Bakı şəhəri üzrə 596 seçki məntəqəsinin  hamısının telefon rabitəsi tamamilə işlək vəziyyətdədir və hər hansı bir problem yaranmayıb. Bunu  “ICTnews” xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun müavini Xankişi Kişiyev bildirib.
 
O vurğulayıb ki, bura məcburi köçkünlərin səs verdiyi 122 məntəqə də daxildir.
 
Seçki məntəqəsinə quraşdırılan kameraların hər birinin işlək vəziyyətdə olduğunu önə çəkən X.Kişiyev deyib ki, artıq maraqlı insanlar internet üzərindən seçki prosesini canlı formada izləyir:
 
«Hər kəs onlayn rejimdə seçki prosesini izləyə bilər. Həm Azərbaycandan, həm də dünyanın bir çox ölkəsindən seçkilər kameralar vasitəsilə izlənilir».
 
X.Kişiyevin sözlərinə görə, kamera olan məntəqələrdən əldə edilən görüntülərdən məlum olur ki, məntəqələrdə növbə var: «Yəni insanlar seçkidə aktivdirlər. Bu aktivlik təkcə Bakıda deyil, eyni zamanda bölgələrdə də müşahidə olunur. Onu da qeyd edim ki, görüntülərdə  hər hansı donma, itmə qeydə alınmayıb».
 
SEYMUR



Baxış sayı: 769

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024