12px13px15px17px
Tarix:10/10/13

Azərbaycanda ilk dəfə olaraq “Dinamik şifrələr” əsasında “3D Secure” texnologiyası tətbiq edilib


Müştərilərin ödəniş kartları ilə internetdə aparılan əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə “PAŞA Bank” "3D Secure" texnologiyasının tətbiqinə başlayıb.

Bankdan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, "MasterCard" ödəniş sistemində "Secure Code", "VISA" ödəniş sistemində isə "Verified by VISA" adlanan bu texnologiya onlayn alış-veriş zamanı əlavə müdafiə dərəcəsi yaradır və ödəniş kartında onlayn əməliyyatları daha da təhlükəsiz etmək üçün qoruma təmin edir.
2013-cü il oktyabr ayından etibarən, xidmətə qoşulmuş ödəniş kartı vasitəsilə internetdə hər hansı bir əməliyyat həyata keçirilsə, bankda qeydiyyatdan keçirilən mobil telefon nömrəsinə SMS vasitəsilə birdəfəlik şifrə göndəriləcək və əməliyyat yalnız həmin şifrə daxil edildikdən sonra yerinə yetiriləcək. Azərbaycanda ilk dəfə olaraq bu texnologiyanın tətbiqində “PAŞA Bank” dinamik şifrələrdən istifadə edir - yəni hər bir əməliyyat üçün yeni şifrə alırsınız, bu da kartınızla dələduzluq riskini minimuma endirir.

Bankda mobil nömrəsini qeydiyyatdan keçirmiş bütün müştərilər  və hər növ kartlar üçün avtomatik olaraq aktivləşdiriləcək. Xidmət pulsuzdur, xidmətdən imtina etmək istəyən və ya mobil telefon nömrəsini yeniləmək istəyən kart sahibləri banka zəng edə və ya şəxsiyyətini təsdiq edən sənədlə Bankın Biznes mərkəzlərindən birinə yaxınlaşa bilərlər.

Qeyd edək ki, telefon vasitəsilə kartla bağlı hər hansı bir xidmətin göstərilməsi üçün kartı sifariş etdiyiniz zaman təyin etdiyiniz məxfi şifrənin təqdim olunması mütləqdir.

Aynur Vəliyeva
 



Baxış sayı: 535

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020