12px13px15px17px
Tarix:10/10/13

Qlobal fərdi kompüter bazarında altıncı rüb ardıcıl azalma qeydə alınır

“IDC” və “Gartner” analitik şirkətlərinin son hesabatlarına əsasən, qlobal kompüter tədarüklərinin həcmi artıq altıncı rübdür planşet və smartfonların populyarlığı sayəsində azalır.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki,  “IDC”-nin məlumatına əsasən, sözügedən bazarın həcmi 8% azalaraq 81,6 milyon olub. “Gartner”in hesablamasına görə, azalma 9% təşkil edib. İki şirkətin məlumatlarında qeydə alınan fərqlilik onların "fərdi kompüter" anlayışına baxışları ilə izah olunur.

“IDC” hesab edir ki, 2015-ci ildə - istehlakçılar artıq köhnəlmiş kompüterlərini yeni modellərlə əvəz etməyə başladıqda FK bazarında canlanma müşahidə olunacaq. “Gartner”in baş analitiki Mikko Kitaqava deyib ki, sənayeləşmiş bazarlarda istifadəçilər FK-dən imtina etmir, lakin hazırda onlar mobil cihazlara daha çox üstünlük verirlər. "Ümumilikdə bazarın həcmi azalacaq, lakin bəzi sahələrdə köhnə FK-lər yeniləri ilə əvəz olunacaq və satışlar davam edəcək" – Kitaqava deyib.

Hər iki analitik şirkətə görə, FK və noutbuk bazarları ən böyük tədarükçülər “Lenovo”, “Hewlett-Packard” və “Dell” şirkətləridir.

Emil Hüseynov
 



Baxış sayı: 391

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020