12px13px15px17px
Tarix:10/10/13

“Google”dan rekord sayda istinad silinməsi tələb olunub

Ötən ay müəllif hüquqlarını pozan məzmunla bağlı istinadların silinməsinə dair “Google” şirkətinə rekord sayda sorğu daxil olub. Şirkətin hesabatına əsasən, yalnız sentyabrda hüquq sahibləri internet nəhəngindən 21,5 milyon istinadın silinməsini tələb ediblər.


“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki,  “Transparency Report”un statistikası 2011-ci ildən dərc edilir. Şirkət kinostudiya, səsyazma şirkətləri və başqa hüquq sahiblərinin sorğusu üzrə mübahisəli materiallarla bağlı istinadları silir. Bir qayda olaraq, şikayətlər proqram, film və pornoqrafiyanın surətini lisenziyasız yayan  saytlara aiddir. “Google”dan bildirilib ki, sorğunun emalı və istinadın silinməsinə orta hesabla 6 saat vaxt lazımdır.


2013-cü ilin sentyabrında ən aktiv hüquq sahibi Böyük Britaniyada səsyazma leybllarının hüququnu qoruyan “BPI” (5,7 milyon sorğu) olub.

Emil Hüseynov
 



Baxış sayı: 635

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024