12px13px15px17px
Tarix:10/10/13

“Microsoft” “Google” ilə işləmək planlarından əl çəkib

“Microsoft Windows Phone”dakı “YouTube” tətbiqetməsini yeniləyərək yenidən işlək vəziyyətə gətirdi.  “Google” şirkətinin xoşuna gəlməyən bu tətbiqetmə yenə “YouTube”un HTML5 əsaslı mobil veb-saytını göstərir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən “VikiHərəkat” çərçivəsində “http://viki.agta.az/” saytı qeyd edir ki, “Microsoft YouTube” üçün hazırladığı ilk tətbiqetməni may ayında yayımlamışdı. Lakin “Windows Phone”u dəstəkləməyi düşünməyən “Google” tətbiqetmənin “Windows Phone Store”-dan yığışdırılmasını tələb etmişdi. Yığışdırıldıqdan sonra bəzi dəyişikliklər edilsə də, yenə “Google”un reklam prinsipləri yerinə yetirilməmiş olaraq qalırdı.
 
Nəticədə, “Google” “Windows Phone”-dakı “YouTube”un fəaliyyətinə yenə icazə verməmişdi. “Google” ilə “Microsft”un birgə yeni “YouTube” tətbiqetməsi hazırlayacaqları bir neçə ay idi ki, müzakirə olunmaqda idi. Amma görünür ki, “Microsoft” “Google” ilə işləmək planlarından əl çəkib və “YouTube” üçün yeni tətbiqetməni özü yayımlamağı tərcih edib.
 
Yeni tətbiqetmə “YouTube”un mobil veb-saytındakından fərqli bir funksiya təqdim etmir, yəni tətbiqetmə əslində sayt siyahınızda “YouTube” saytına qısa yol olaraq yer alır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024