12px13px15px17px
Tarix:10/10/13

Amerikanın mobil reklam bazarının həcmi cari ilin birinci yarısında 3 milyard dollar təşkil edib

“Interactive Advertising Bureau” (IAB) agentliyinin hesabat məlumatlarına əsasən, ABŞ-da istehlak sektorunda qeyri-sabitliyə baxmayaraq biznes şəbəkəsində reklama sərf olunan xərclərin həcmi artmağa davam edir,  mobil internet seqmentində isə reklam artım sürətinə görə rekord qırmağa davam edir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “IAB”-a əsasən, 2013-cü ilin birinci yarısında ABŞ mobil reklam xərclərinin həcmi 3 milyard dollara çatıb. “IAB”-ın qiymətləndirməsinə əsasən, müvafiq dövrdə ümumi internet reklam bazarının həcmi 20,1 milyard dollar olub.
"Mobil reklam xərclərinin artması, həmçinin istifadəçilərin kiçik ekranlı qurğulardan istifadəsi ilə izah olunur" – “IAB”-ın prezidenti Rendel Rotenberq deyib.

Emil Hüseynov



Baxış sayı: 659

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024