12px13px15px17px
Tarix:10/10/13

Çaynik “Wi-Fi” vasitəsilə idarə olunacaq

"Ağıllı" “iKettle” çayniki "Əşyaların İnterneti"nə çox gözəl nümunədir. Qurğunu divandan qalxmadan uzaq məsafədən suyu qaynatmağı əmr etmək olar. Bundan başqa, su qaynadıqda çaynik xəbərdarlıq mesajı göndərə bilir.

“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, çayniki evin istənilən nöqtəsindən xüsusi tətbiq vasitəsilə işə salmaq olar. Müəyyən temperatur rejimini seçmək imkanı var. İstəkdən asılı olaraq sahibin gəlişini izləmək funksiyasını aktivləşdirmək olar.

Çaynikdə su olmadığı zaman ona suyu qaynatmağı əmr etsəniz, o zaman “boş çayniki qaynatmaq olmaz” mesajı alacaqsınız. Qurğu artıq noyabrın sonunda 160 dollar qiymətinə satışa çıxarılacaq.

Emil Hüseynov
 
 



Baxış sayı: 877

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024