12px13px15px17px
Tarix:11/10/13

1984-сü ilin qrafik redaktoru brauzerdə işə salınıb

Proqramçı Martin Braun 1984-cü ildə çıxarılmış “MacPaint” qrafik redaktorunun brauzer emulyatorunu buraxıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, proqram “CloudPaint” adlandırılıb. Adı çəkilən proqramı “maus”la idarə etmək olar. Lakin əgər proqram sensor ekranlı qurğuda işə salınıbsa, o zaman barmaqla da idarə etmək olar.

Martin Braunun bloqundakı məlumata əsasən, “CloudPaint” 2012-ci ilin noyabrında işə salınıb. Proqramçı mütəmadi onun üzərində işləyir, təkmilləşdirmələr edir: məsələn, 2013-cü ilin martında “Undo” və “Redo” funksiyalarını proqrama əlavə edib.

Xatırladaq ki, “MacPaint” redaktoru 1984-cü ildə istifadəyə verilib. O, “MacWrite” mətn redaktoru ilə birlikdə satılıb. Paketin qiyməti 195 ABŞ dolları olub.

“MacPaint” proqramını “Macintosh” kompüterinin istehsalçılarından biri Bill Atkinson yaradıb, interfeys isə Süzan Ker tərəfindən düşünülüb. 2010-cu ildə redaktorun qaynaq kodu Amerika Kompüter Tarixi Muzeyinin eksponatı olub.

Emil Hüseynov



Baxış sayı: 787

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024