12px13px15px17px
Tarix:11/10/13

Qərib Məmmədov: “Elektron sənəd dövriyyəsi korrupsiyanın baş vermə ehtimalını minimuma endirib”

«Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın Tədbirlər Planına uyğun olaraq torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi üzrə 26 rayonda 1 milyon 86 min nöqtədə, torpaqların bonitirovkasının elektron formatda işlənib xəritələşdirilməsi üzrə 27 rayon və şəhərdə 619 min 200 hektar sahədə, torpaqların iqtisadi qiymətləndirilməsinin elektron variantda işlənib xəritələşdirilməsi üzrə 28 rayonda 421 obyektdə işlər yerinə yetirilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2006- cı il tarixli 411 nömrəli fərmanından sonra isə torpaq sahəsinin ayrılması prosedurunun sadələşdirilməsi məqsədi ilə bir sıra addımlar atılıb. Belə ki, torpaq üzərində hüquqların rəsmiləşdirilməsinə dair fiziki və hüquqi şəxslərə sənədlərin hazırlanaraq verilməsi mərkəzsizləşdirmə qaydasında, yəni Bakı şəhərində deyil, komitənin respublikanın ayrı-ayrı regionları üzrə fəaliyyət göstərən Regional torpaq kadastrı mərkəzləri vasitəsilə tənzimlənməyə başlanılıb. Bu məqsədlə həmin qurumların maddi-texniki bazası daha da gücləndirilib: “Bu da öz növbəsində vətəndaşların torpaq üzərində hüquqlarının rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsinə xidmət etməklə yanaşı, yerlərdə sahəvi ixtisaslı mütəxəssislərin yaşadığı ərazidə müvafiq işlə təmin olunmalarına şərait yaradıb”.
 
 
Q.Məmmədov qeyd edib ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasını daha yüksək səviyyədə təmin etmək üçün komitənin tabeliyində olan qurumların müstəqil internet informasiya ehtiyatları yaradılıb. Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə siyahısı təsdiq edilən komitəyə aid 10 xidmət növü həyata keçirilir ki, bunlardan biri də torpaq kadastrı məlumatları barədə arayışın verilməsi xidmət növüdür:
 
 “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yuxarıda qeyd olunan fərman və sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarının Tədbirlər Planına və Milli Fəaliyyət Planına aid işlərin daha şəffaf şəkildə həyata keçirilməsinə onun şəxsi nəzarəti nəticəsində komitə sistemində də elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb. Elektron sənəd dövriyyəsi də təbiidir ki, vətəndaş-dövlət məmuru təmasını aradan qaldırıb və nəticədə korrupsiyanın baş verməsi ehtimalı minimuma endirilib”.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 937

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.