12px13px15px17px
Tarix:12/10/13

Holland polislərinə kompüter sistemlərini “sındırmaq” səlahiyyəti verilib

Hollandiyanın Təhlükəsizlik və Ədliyyə Nazirliyinin hazırladığı qanun layihəsi hüquq-mühafizə orqanlarına həm ölkə daxilində, həm də xaricdə kompüter sistemlərini “sındırmaq” səlahiyyəti verir. Polislər, həmçinin elektron yazışmaları oxumaq, danışıqlara qulaq asmaq, müəyyən məlumatlara girişi blok etmək, hətta şübhəli şəxsin yerini təyin etmək üçün onun mobil telefonunda GPS naviqatorunu quraşdırmaq kimi hüquqlara malikdir.
“ICTnews” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, polisin fəaliyyəti sertifikatlaşdırılmış proqramın köməyi və məhkəmənin qərarı ilə həyata keçirilə bilər. Layihədə şübhəli şəxsin kompüterindəki məlumatın şifrəsini açmaq üçün parolun polisə təqdimatından imtinaya, həmçinin oğurlanmış məlumatların satışı və nəşrinə görə cəza nəzərdə tutulur.

Hollandiyanın elektron hüquqların müdafiəsi təşkilatı “Bits of Freedom” isə layihənin əleyhinə ifadə verərək bildirib ki, polis şəbəkədə cinayətlə mübarizə səlahiyyətinə malik olsa da, bu hüquqdan istifadə edə bilmir.

Emil Hüseynov



Baxış sayı: 965

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024