12px13px15px17px
Tarix:14/10/13

Bu gün bütün dünyada Stiv Cobs günüdür


Dünya Stiv Cobsu interneti insanların cibinə gətirən dahi adlandırır. Bu şəxs dünyada məşhur “Apple” şirkətinin qurucusu idi və çoxdan canlı əfsanəyə çevrilmişdi.

O, 1955-ci ilin 24 fevralında Amerikanın Kaliforniya ştatının San-Fransisko şəhərində dünyaya gəlib. Uşaq yaşlarından valideyn himayəsindən məhrum olan Stiv Cobs 1976-cı ildə, 21 yaşında dostu və tərəfdaşı Stiv Voznyakla birlikdə ilk “Apple” personal kompüterini yaradıb. 1984-cü ildə həmin kompüterlər üçün ilk dəfə olaraq “Macintosh” sistemini kəşf edib.
1985-ci ildə özünün yeni kompüter şirkəti olan “Next”i qurub. 1997-ci ildə böyük təkidlərdən sonra Cobs məsləhətçi kimi “Apple” şirkətinə qayıdıb. 2000-ci ildə isə şirkətin idarə heyətinin sədri seçilib və “Apple”ın korlanmaqda olan imicini yaxşılaşdırıb. 2001-ci ildə Stiv Cobs “iPad”i yaratmaqla musiqi sənayesində əsaslı dəyişikliklər edib. Bu sistemə milyardlarla musiqi parçası yükləmək mümkündür.
 
 
2007-ci ildə isə o, məşhur “iPhone” telefonunu yaradıb. 3 il sonra, 2010-cu ildə isə Stiv Cobsun iştirakı ilə  texnologiyanın yeni imkanlarından istifadə etməklə “iPad”in yeni modeli yaradılıb. 2011-ci ilin avqustunda isə informasiya texnologiyaları dahisi “Apple” şirkətinin sıralarını tərk edib. 2011-ci il oktyabrın 5-i isə Stiv Cobsun həyatında son gün olub. O, 56 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
 
 
Bu gün bütün dünyada Stiv Cobs günü kimi qeyd edilir. “Apple” sevərlər 2011-ci ilin bu günü bütün “Apple” istifadəçilərini sosial şəbəkələrdə olan əsas şəkillərini Stiv Cobsun şəklilə dəyişməyə çağırıblar.

Kamal Hacıyev



Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024