12px13px15px17px
Tarix:14/10/13

“Google” oktyabrın 15-də “Nexus 5” və “Android KitKat”ı təqdim edə bilər

"Cnet" nəşri yazır ki, "Google" şirkəti oktyabrın 15-də "Nexus 5" smartfonunun yeni nəslini, həmçinin "Android 4.4 KitKat" mobil platformasını təqdim edə bilər.

Məlumdur ki, "Google" şirkəti "Android" platformasının yeni versiyasının adını (KitKat) hələ sentyabrın əvvəlində açıqlayıb, lakin onun funksionalı haqqında təfərrüatlar yoxdur. Bundan başqa, internet nəhəngi, bir qayda olaraq, məhz oktyabrda "Nexus" xəttinin smartfonlarını təqdim edir. Bu ilin avqustunda şirkət dünyanın ən azı 8  ölkəsində "Nexus 4" smartfonunun qiymətini 25% azaldıb, bu da modelin yeni versiyasının çıxarılmasına işarə ola bilər.

"ICTnews" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki,  "Google"un xüsusi tədbir keçirəcəyi barədə hələ ki məlumat yoxdur, çünki Amerika KİV-i hələ ki dəvət almayıb. Şirkətin "sükutu", həmçinin təqdimatın tarixi haqqında şayiələrin yanlış olduğundan xəbər verə bilər.

Emil Hüseynov



Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024