12px13px15px17px
Tarix:14/10/13

“iPad 6” gələn ilin yayında buraxılacaq


“KGI Securities” analitik şirkəti ehtimal edir ki, “iPad 4” və “iPad 5”-in buraxılışı arasında bir ildən çox müddət keçibsə, “iPad 5” ilə “iPad 6” arasında daha az müddət vaxt keçəcək.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “iPad 5”-in buraxılışı oktyabrın 22-də gözlənilir, lakin satışların noyabr ayında başlanacağı ehtimal edilir. Bu arada “KGI” əmindir ki, “iPad 6” artıq 2014-cü ilin ənənəvi olaraq payızında deyil, yayda buraxılacaq.

Analitiklərin fikrincə, “iPad 6”-nın, hazırkı “iPad 4 Retina”dan fərqli olaraq, yenilənmiş, 30-40% daha yüksək piksel sıxlığına malik  olan sensor ekranı olacaq.
“Apple” şirkətinin yaxın gələcəkdə planşetin ekranının diaqonalını 9,7-düym səviyyəsində saxlayacağı gözlənilir, artırılmış 12,9 düymlük versiyasından isə, istehsalın bahalığı, qeyri-müəyyən bazar istiqaməti və “nəhəng” planşet bazarının formalaşmaması üzündən  imtina edəcək.

“KGI” həmçinin əmindir ki, “Apple” növbəti ildə “iMac” desktopunun büdcəli modelini buraxacaq. Analitiklər hesab edirlər ki, büdcəli “iMac” inkişaf edən ölkələrin, o cümlədən Çin, Hindistan və Yaxın Şərq bazarında “Mac” həllərinin satışını artıracaq bir model olacaq.

Aynur Vəliyeva



Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024