12px13px15px17px
Tarix:14/10/13

“Facebook” İsrailin “Onavo” startapını satın alır

“Facebook” sosial şəbəkəsi mobil məlumatlar əsasında müxtəlif analitik hesabatların generasiyası üçün proqram həlləri yaradan İsrailin “Onavo” startapını satın alır. Məlumata əsasən, “Facebook” həm İsrail şirkətinin texnologiyaları, həm də onun heyəti üzərində hüquqa malik olacaq. İsrail şirkətinin heyəti artıq bu gündən “Facebook”un Kaliforniyadakı proqramçılarına qoşulur.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Onavo struktur cəhətdən “Facebook”un İsrail ofisinin tərkibinə daxil olacaq.

Xatırladaq ki, “Onavo” şirkətinin əsası 2010-cu ildə qoyulub və o vaxtdan mobil analitika sahəsindəki həllər üzrə ixtisaslaşıb.

Emil Hüseynov



Baxış sayı: 713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024