12px13px15px17px
Tarix:17/10/13

“Sazz İnternet” Balakəni də əhatə dairəsinə qatdı

2010-cu ilin oktyabr ayından etibarən fəaliyyətə başlayan “Sazz 4G” simsiz internet provayderi öz əhatə dairəsini genişləndirməyə davam edir. “ICTnews” elektron xəbər xidmətinə şirkətdən verilən məlumatda bildirilir ki, bundan sonra “Sazz 4G” xidmətlərindən Balakən şəhərində də faydalanmaq mümkün olacaq. Artıq şəhər sakinləri “Sazz 4G” xidməti sayəsində saniyədə 10 meqabitə qədər sürətlə telefon xətti olmadan birbaşa internetə qoşula biləcəklər.

“Sazz 4G” müştəri xidmətləri və satış mərkəzi şəhərin mərkəzi hissəsində, Heydər Əliyev prospekti, 25 ünvanında yerləşir. Bura müraciət edən vətəndaşlar cəmi bir neçə dəqiqə ərzində abunəçi müqaviləsini rəsmiləşdirib “Sazz 4G İnternet” şəbəkəsinə qoşula bilərlər. Bütün şəbəkə üzrə olduğu kimi, provayderin yeni abunəçilərə təqdim etdiyi 5 günlük test imkanı balakənlilərə də şamil edilir. Belə ki, hər yeni abunəçiyə 5 gün ərzində 200 meqabayt həcmində trafiklə “Sazz” şəbəkəsini sınaqdan keçirmək imkanı verilir. Həmin müddət ərzində xidmətdən narazı qalan abunəçilər ödənilmiş məbləği geriyə ala bilər.

“Sazz 4G” mətbuat xidmətinin verdiyi məlumata görə, oktyabr ayı ərzində provayderin əhatə dairəsinə Zaqatala, Şəki və Qax şəhərləri, yaxın iki ay ərzində isə Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Lerik və Astara şəhərləri əlavə ediləcək. Qeyd edək ki, “rouminq” xüsusiyyətinə malik olan “Standart” tarifi ilə internetə qoşulan abunəçilər “Sazz 4G” əhatə dairəsinin istənilən nöqtəsində, o cümlədən, yuxarıda sadalanmış şəhərlərdə də heç bir əlavə xərc çəkmədən xidmətdən faydalana biləcəklər.
 
RƏVAN



Baxış sayı: 657

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024