12px13px15px17px
Tarix:17/10/13

“Yahoo!” hesabat verib

“Yahoo!” şirkəti cari ilin üçüncü rübü üzrə hesabat verib. Bir ildə şirkətin satış həcmi və xalis mənfəəti azalıb.
2013-cü ilin iyul-sentyabr aylarında “Yahoo!”nun xalis mənfəəti 297 milyon dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 91% azdır. Belə ki, o zaman xalis mənfəət 3.16 milyard dollar olub. Ötən il qeydə alınmış yüksək gəlir Çinin “Alibaba Group” şirkətinin səhmlərinin 2,8 milyard dollara satılması ilə izah olunur.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hesabata əsasən, “Yahoo!”nun mədaxili 5% azalaraq 1,2 milyard dollar olub.

"İşimizin gedişatından çox razıyam, həm də biz əsas biznes sahəmizə sərmayə yatırılmasına davam edirik" – şirkətin baş direktoru Marissa Mayer deyib. O, 2012-ci ilin iyulunda “Yahoo!”nun sükanı arxasına keçib və o vaxtdan şirkətin keçmiş gücünü və nüfuzunu geri qaytarmağa çalışır. Bunun üçün bir sıra satınalmalar həyata keçirilib. Şirkət bu satınalmalara 163 milyon dollar vəsait nağd xərcləyib.

2013-cü ilin üçüncü rübündə axtarış sistemindəki reklamdan əldə olunan gəlirin həcmi 8% azalaraq 435 milyon dollar olub. Ödənişli "kliklərin" sayı 21% artıb, lakin bir "klikin" qiyməti illik 4% azalıb.
Eyni zamanda banner və başqa qrafik reklamdan əldə olunan gəlirin həcmi 7% azalaraq 470 milyon dollar olub. Satılmış elanların sayı 1% artıb.

Emil Hüseynov
 



Baxış sayı: 383

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Noyabr 2019

11 11 2019