12px13px15px17px
Tarix:17/10/13

“Adidas” şirkəti “Android” platforması ilə işləyən saat təqdim edib

"Adidas" şirkəti qola taxılan "miCoach Smart Run" smart-saatlarını təqdim edib. Sözügedən saat "Android 4.1.1" platforması ilə işləyir və idmanla məşğul olan insanlar üçün nəzərdə tutulub.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, saat nəbzi ölçə, addımların sayını, məşqlərin müddətini, sürəti və qət edilmiş məsafəni qeydə alır, həmçinin MP3-pleyer rolunda çıxış edir.
Qurğunun çəkisi 80 qm-dır və ələ rezin qayışla bərkidilir. Məşq haqqında informasiya 1,45 düymlük sensor ekranda əks olunur.

Bu saatda "Bluetooth" və "Wi-Fi" modulları ilə təchiz edilib. İdman nailiyyətləri haqqında informasiyanı simsiz şəbəkənin köməkliyi ilə "Adidas" şirkətinin  saytına və ya mobil tətbiqə yükləmək olar. Saat 4 QB yaddaşla təchiz olunub.

"Smart Run" batareyasının həcmi 410 milliamper/saat təşkil edir. Saatda akkumulyatorun sərfiyyatı üçün üç rejim nəzərdə tutulub: "gündəlik", "marafon" və "məşq".
Sözügedən cihaz noyabrın 1-dən satışa çıxarılacaq. Qiyməti 399 ABŞ dolları təşkil edəcək.

Emil Hüseynov



Baxış sayı: 745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024