12px13px15px17px
Tarix:17/10/13

Yumşaq hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru, ABŞ-ın Berkli Universitetinin professoru Lütfi Zadədən

Hörmətli cənab Prezident,

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
2003-cü ildən bəri Sizin uğurlu və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan inanılmaz dərəcədə inkişaf etmiş, xalqın isə firavan, əmin-aman həyatı daha da möhkəmlənmişdir.
 

Sizin enerji, nəqliyyat, mədəniyyət, informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirdiyiniz uzaqgörən, müdrik daxili və xarici siyasətiniz Azərbaycana beynəlxalq nüfuz və şöhrət qazandırmışdır.
 

Azərbaycan regionda mühüm rol oynayan modelə çevrilmişdir. Azərbaycan xalqı Sizin kimi lideri olduğu üçün çox şanslıdır.
 

Dərin hörmətlə,


Lütfi Zadə

 

Yumşaq hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru,
ABŞ-ın Berkli Universitetinin professoru





Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024