12px13px15px17px
Tarix:18/10/13

Azərbaycan “startup”çıları üçün yeni imkan


 
Bu il noyabrın 18-21 tarixlərində Küveytin Əl-Küveyt şəhərində "Sərmayədarlar harada ixtiraçılarla görüşür?" adlı 6-cı Beynəlxalq sərgi açılacaq.
 
Küveyt Əmirliyinin dəstəyi və Küveyt Təhsil Klubunun təşkilatçılığı ilə keçiriləcək sərgidə müxtəlif innovasiyalar, yeni ideyalar, ixtiralar və kəşflərlə bağlı sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.  
 
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının informasiya portalı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də sərgidə iştiraka dəvət olunublar.
 
 
Qeyd edək ki, sözügedən konfranslarda yeni yaradılan “startup”lara böyük maraq göstərilir. Burada layihəni maliyyələşdirmək üçün investorlar da sərfəli təkliflər irəli sürürlər. Bununla belə, yaxşı hesab olunan ixtiraların tətbiqi önə çəkilir və bu istiqamətdə müəlliflər həm maddi, həm də digər lazım olan vasitələrlə təmin olunurlar.
 
 
SEYMUR



Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024