12px13px15px17px
Tarix:18/10/13

“Windows 8.1” əməliyyat sisteminin yeni versiyası işıq üzü görüb


ABŞ-ın "Microsoft" korporasiyası "Windows 8.1" əməliyyat sisteminin yeni versiyasını rəsmən təqdim edib.
Yeni versiyanın əsas fərqləndirici cəhəti iş masasına "Start" düyməsinin qaytarılması və iş masası panelini start ekranının interfeysindən yayınaraq dərhal yükləmək imkanıdır.

Bundan başqa, əməliyyat sisteminə menyusunu fərdiləşdirməyin mümkün olduğu "Start" düyməsində yerləşən yeni əlavələr ekranı əlavə olunub. Yeni məhsulun daha bir xüsusiyyəti indi sorğulanan məlumatları internet, sərt disk, "SkyDrive" "bulud" internet saxlancı, eləcə də bu funksiyanı dəstəkləyən sənəd və əlavələr daxilində axtaran "Bing" sisteminin axtarış alətləri panelidir.

Daha bir yenilik filtr dəsti və şəkillərin rənglərini yaxşılaşdırmaq imkanı ilə fotoşəkillərin yenilənmiş redaktorunun yaradılmasıdır.  

"Windows 8.1"-də əvvəlki versiyada çaşqınlıq yaradan bütün funksiyaların, demək olar, hamısı cəmlənib. Belə ki, istifadəçilər indi eyni vaxtda bir neçə əlavə pəncərəsi açaraq onların ölçüsünü tənzimləyə bilərlər.  
Əməliyyat sistemi "Windows Store" əlavələr mağazasında yerləşdirilib və onu "Windows 8.1" istifadəçiləri pulsuz yükləyə bilərlər. Digər istifadəçilər üçün əməliyyat sisteminin standart variantından yararlanmaq 119 dollara başa gələcək, - "İTAR-TASS www.itar-tass.com" yazır.



Baxış sayı: 834

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024