12px13px15px17px
Tarix:18/10/13

Hakimiyyət “Apple”ın yeni mənzil-qərargahının tikinti layihəsini bəyənib


Kaliforniya ştatının Kupertino Şəhər Şurası “Apple” şirkətinin xarici görünüşünə görə uçan boşqabı xatırladan yeni mənzil-qərargahının tikinti layihəsini yekdilliklə bəyənib.
Bükük şüşə, beton və poladdan hazırlanan dördmərtəbəli dairəvi bina 14 200 əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulmaqla 260 min kvadratmetrlik ümumi ərazidə yerləşəcək, eləcə də 6 min ağacla əhatə olunacaq.    
Yeni ofisin ərazisində yeraltı maşın dayanacağı, min nəfərlik auditoriya, korporativ sağlamlıq mərkəzi, kafe və tədqiqat laboratoriyaları yerləşəcək.   
 “Kosmik” ofisin yaradılması ilə bağlı planı ilk dəfə 2011-ci ilin iyununda şirkətin keçmiş baş direktoru Stiv Cobs ölümünə 4 ay qalmış səsləndirib.
ABŞ istehsalçısının yeni ofisinin inşası ilə bağlı yekun qərarın noyabrın 15-də keçiriləcək növbəti iclasda qəbul olunacağı gözlənilir. Qərar qəbul olunacağı təqdirdə şirkət ilin sonunadək köhnə tikililərin sökülməsinə və tikinti meydançasının hazırlanmasına başlamağı planlaşdırır.
Qeyd edək ki, “Apple”ın “Infinite Loop” küçəsində yerləşən hazırkı mənzil-qərargahında 3 minədək əməkdaş çalışır, - “Vesti www.vesti.ru” yazır.  



Baxış sayı: 1267

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024