12px13px15px17px
Tarix:19/10/13

“WebMoney” nədir və onun satışına görə vergi verilməlidirmi?


“WebMoney” de-yure elektron hesablaşmalar sistemi kimi qeydiyyata alınmayan beynəlxalq elektron hesablaşmalar sistemidir. Bu sistemdə hüquqi cəhətdən rəsmiləşmə ''titul nişanları" adlanan xüsusi qəbzlər vasitəsilə aparılır. “Webmoney” beynəlxalq elektron hesablaşmalar sistemi qismində formal qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyindən və "titul nişanları" hüquqi baxımdan elektron pul kimi hesab olunmadığından onlar maliyyə aktivləri kimi qəbul edilir, alqı-satqının, ötürülmənin və ya dəyişmənin predmeti ola bilər.
 
Göründüyü kimi, “Webmoney” sisteminin fəaliyyəti müəyyən xüsusiyyətləri ilə fərqlənir. Bu xüsusiyyətlərin də Azərbaycan Respublikasında maliyyə-pul sahəsində mövcud olan qanunvericiliyə uyğunluğu və aparılan əməliyyatların qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi barədə zəruri məlumatların alınması üçün səlahiyyətli qurum olan Mərkəzi Banka müraciət edilməsi daha məqsədəuyğun hesab olunur.
 
“WebMoney”lə bağlı vergi məsələlərinə gəldikdə isə qeyd edək ki, bu, Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Fiziki şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi malların (maddi və ya qeyri- maddi əmlakın) təqdim edilməsindən gəlirin götürülməsi olan fəaliyyət sahibkarlıq fəaliyyəti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir isə sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur (Vergi Məcəlləsi, maddə 13.2.37,99.1.). Müvafiq olaraq da əldə olunan gəlirlər fiziki şəxsin vergi ödəyicisi statusundan asılı olaraq ümumi qaydada müvafiq vergiyə cəlb olunur.
 
Müvafiq qanunvericiliyin tələblərinə əsasən nağd hesablaşmaların aparılması zamanı vergi ödəyicisinin nağd şəkildə aldığı məbləğ tam məbləğdə NKA-nın yaddaşına daxil edilməli və müştəriyə isə müvafiq NKA çeki verilməlidir. Sonrakı mərhələdə isə gəlirlərin bəyan edilməsi zamanı fəaliyyət göstərən vergi ödəyicisi sadələşdirilmiş vergini artıq müvafiq müqavilə ilə rəsmiləşdirilən kartların təqdim olunması üzrə göstərilmiş xidmətlərin müqabilində əldə olunan məbləğdən hesablayaraq ödəyəcək.
 
Seymur Qasımbəyli



Baxış sayı: 1404

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024