12px13px15px17px
Tarix:21/10/13

“Milli startup infrastrukturunun inkişafı və investisiya mənbələri” mövzusunda konfrans keçiriləcək


“Startup Azərbaycan” layihəsinin “Startup Günləri” seminarı çərçivəsində noyabrın 7-də “Milli startup infrastrukturunun inkişafı və investisiya mənbələri” mövzusunda konfrans keçiriləcək.

Layihənin Təşkilat Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən,  konfransda ölkədə startup infrastrukturunun formalaşması sahəsində mövcud vəziyyət, yeni startupların stimullaşdırılması və investisiya əldə etmək imkanları, xüsusilə də yeni yaradılan qurumların – İnformasiya Kommunikasiya Texnologiyalarının  İnkişafı Dövlət Fondunun hansı prinsiplər və prioritetlər üzrə startuplara maliyyə dəstəyi göstərməsi, “Yüksək Texnologiyalar Parkı”nın startuplara göstərəcəyi dəstək ətrafında müzakirələr aparılacaq.
Konfransda internet biznes və startuplar sahəsində bütün maraqlı tərəflər - dövlət qurumları və texnoparkların rəsmi nümayəndələri, investorlar və İT şirkətləri, mentorlar və ekspertlər, uğurlu startup təmsilçiləri, yeni fəaliyyətə başlayan startuplar diskussiya aparmaq və əlaqələr qurmaq üçün real imkanlar qazanacaqlar.

Xatırladaq ki, 7 – 9 noyabr tarixlərində keçiriləcək “Startup Günləri” çərçivəsində yerli startup layihələrinin təmsilçiləri ən yaxşı internet layihələrinin üzə çıxarması və innovativ ideyaların uğurlu biznesə çevrilməsi istiqamətində maraqlı təqdimatlarla çıxış edəcəklər.
 
 
“Startup Günləri”ndə yeni fəaliyyətə başlayan startupçılar üçün təlimlərin keçirilməsi, yeni və maraqlı ideyalar ətrafında formalaşan startup komandaları tərəfindən mentorların və ekspertlərin köməyi ilə yeni startup layihələrinin hazırlanması nəzərdə tutulur.

“Startup Günləri”nin yekununda komandaların hazırladığı layihələrin yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunacaq.

Aynur Vəliyeva



Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024