12px13px15px17px
Tarix:21/10/13

Azərbaycanın ikinci peykinin hazırlanması ilə bağlı cari ilin sonuna qədər tender elan ediləcək


2016-cı ildə yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması istiqamətində istehsalçı şirkətlərlə danışıqlar aparılır. Cari ilin sonuna qədər “Azərkosmos” ASC Azərbaycanın ikinci peyki ilə bağlı tender elan edəcək. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında məlumat verib.
 
Qeyd edək ki, RİTN tərəfindən ilk telekommunikasiya peykinin istehsalı ilə bağlı tender 2009-cu ilin yanvar ayında elan edilib. Tender komissiyası təkliflərin qiymətləndirilməsi və müqayisəsi əsasında ABŞ-ın “Orbital Sciences Corporation” şirkətini tenderin qalibi elan edilib və şirkətlə 27 may 2010-cu il tarixində “Azərspace/Afrikasat-1A” peyki və əlavə avadanlıqlara dair müqavilə” imzalanıb.
 
2013-cü ilin 8 fevral tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan  orbitə çıxarılan peyk hazırda kommersiya fəaliyyətini davam etdirir və bu gün “Azerspace-1” üzərindən yayımlanan kanalların sayı 58-ə  çatdırılıb. “Azərkosmos” ASC-də ISO 9001:2008 auditi keçirilərək “Bureau Veritas”-ın beynəlxalq keyfiyyət standartına uyğunluq sertifikatının əldə olunması da təmin edilib. Eyni zamanda peykin BMT-də beynəlxalq qeydiyyata alınması üçün sənədlər artıq tərtib olunub.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 596

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Sentyabr 2021

17 09 2021