12px13px15px17px
Tarix:22/10/13

Azərbaycan e-arayışların verilməsi üzrə xidmətin təşkilində Koreya təcrübəsindən istifadə edəcək

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi gələcəkdə tətbiq etməyə hazırlaşdığı e-arayışlar xidmətinin təşkilində Koreyanın təcrübəsindən istifadə etmək niyyətindədir.

MHM-in direktoru Nail Mərdanovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Global E-Government Forum”da iştirakı çərçivəsində yerli mütəxəssislər e-arayışların istifadə təcrübəsi ilə tanış olublar.
“Düşünürəm ki, tətbiq etməyə hazırlaşdığımız e-arayışların geniş istifadəsi və tətbiq sahələrinin inkişaf etdirilməsində Koreya təcrübəsindən yararlanmağa çalışacağıq”,- deyə o bildirib.
Qeyd edək ki, e-arayışların tətbiqi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ”Elektron hökumət”in inkişafı üzrə yeni proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub.

Bu proqramın tətbiqinə başlandıqdan sonra göstərilən xidmətlərin elektronlaşması prosesi gücləndiriləcək. Yaxın gələcəkdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron arayışların verilməsi qaydaları"nın hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsi də nəzərdən keçirilir.

Aynur Vəliyeva



Baxış sayı: 911

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024