12px13px15px17px
Tarix:22/10/13

5 yeni elektron xidmətin göstərilməsinə başlanılıb


Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirər haqqında" Fərmanının icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan  57 elektron xidmətdən 2012-ci ildən istifadəyə verilən 46 növü üzrə inzibati reqlamentlər "Hüquqi Aktların Dövlət Reyestrin"də elektron variantda dərc edilib.
 
 Nazirliyin Analitik İnformasiya Şöbəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata görə, daha 5 yeni elektron xidmətin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanıb.
 
Bununla əlaqədar nazirlik tərəfindən "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması",  "Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi", "Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi",  "Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi", "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi" üzrə elektron xidmətlərin göstərilməsinə başlanılıb:
 
"Təqdim olunan xidmətlərin məzmunu vergi ödəyicisi qismində qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin, qeyri-kommersiya hüquqi şəxslərin, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi uçotuna alınmış hüquqi şəxslərin filiallarının və bölmələrinin,  eləcə də fiziki şəxslərin uçot məlumatlarının elektron  qaydada dəyişdirilməsini, həmçinin vergi ödəyicilərinin təsərrüfat subyeklərinin  (obyektlərinin) elektron qaydada qeydiyyatdan çıxarılmasını əhatə edir.
 
Elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir.  Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və  http://www.e-taxes.gov.az/, http://www.e-gov.az  ünvanlarında istifadəçilərə təqdim olunur".
 
 
SEYMUR



Baxış sayı: 659

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024