12px13px15px17px
Tarix:22/10/13

Qobustan TKQ üçün yeni inzibati binanın tikintisi başa çatıb

Qobustan TKQ üçün yeni inzibati binanın tikintisi başa çatıb. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Qobustan TKQ-dən məlumat verilib.

Əvvəllər qovşaq binası o qədər qənaətbəxş olmadığından qobustanlılara daha keyfiyyətli, daha müasir xidmət göstərmək mümkün deyildi və bu məqsədlə yeni inzibati binanın tikintisi zərurəti yaranıb. İnzibati bina Qobustan Poçt filialının inzibati binası ilə yanaşı olmaqla ən müasir standartlara cavab verir.

Binada işçi personalının rahat işləməsi üçün otaqlar, elektron ATS və digər köməkçi avadanlıqlar yerləşib. Bundan başqa binanın həyətində yerləşən mövcud inzibati bina sökülərək, yerində abadlıq işləri aparılaraq müasir park salınacaq ki, bu da ümumi gözəlliklərlə ansambl təşkil edəcək.

Qeyd edək ki, Qobustanda bütün kənd EATS-nin birləşdirici xətlərinin optik kabellərlə təmin edilməsi istiqamətində layihə reallaşır.
 
RƏVAN



Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024