12px13px15px17px
Tarix:23/10/13

Ölkəmiz Braziliyada keçirilən “2013 GTI” konfransında təmsil olunub

“2013 GTI Latın Amerika”  (Global TD-LTE İnitiative) seminarı ənənəvi olaraq Rio de Janeyroda keçirilən “Futurcom” konfrans və sərgi çərçivəsində təşkil olunan seminardır. Seminar dördüncü nəsil genişzolaqlı internet texnologiyaları sahəsində qlobal şirkətlər tərəfindən əldə edilmiş təcrübələrin mübadiləsi üçün açıq platforma rolunu oynayır.

 Seminarda iştirak edən dünyanın öndə gələn İKT şirkətlərinin və genişzolaqlı internet provayderlərinin rəhbərləri “4G” texnologiyasının növbəti mərhələlərini müzakirə ediblər.

Seminarda “GTİ” təşkilatının baş katibi Huanq Yuhonq və sədri  Filip Marnik,  yeddi yüz milyonluq müştəri sayı ilə Çinin nəhəngi hesab olunan “China Mobile” operatorunun icraçı vitse-prezidenti Li Zenqmao, “Huavey” şirkətinin rəsmisi Goran Bernston, Yaponiyanın “Softbank” Qrupunun direktor müavini Satoşi Fujii, Braziliyanın “DirectTV\SKY” şirkətinin nümayəndəsi Luis Otavio Marçezetti, “OnTelecom” şirkətinin icraçı direktoru Fares Nassar, habelə seminara xüsusi dəvət alan “Sazz 4G İnternet” provayderi “AzQtel” şirkətinin prezidenti Ceyhun Mollazadə də geniş məruzə ilə çıxış edib.
 
Öz çıxışında C. Mollazadə dünyada neftlə zəngin ölkə kimi tanınan Azərbaycanda İKT sektorunun son illərin prioritet sahəsinə çevrildiyi barədə  danışıb. İKT sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edən C. Mollazadə qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyasını qəbul etmiş ilk dövlətdir. Natiq öz çıxışını İKT-nin inkişaf ilə bağlı faktlarla davam etdirib.  Rabitə və İnformasiya texnologiyaları sahəsində əldə edilən inkişafla bağlı müxtəlif faktlar gətirən natiq seminar iştirakçılarına Azərbaycanın kosmik sənaye proqramı barədə, habelə ölkənin ilk milli peykinin orbitə buraxılması haqqında məlumat verib.
 
O qeyd edib ki, bütün bu nailiyyətlər Azərbaycanı İKT üzrə regional mərkəzə çevirib. C.Mollazadə yaxın 5-10 il ərzində ölkəmizdə internet protokolu üzərindən məlumat, xidmət və məhsulların ötürülməsi prosesinin bir çox sahələrdə, o cümlədən, təhsil və tibdə də geniş yayılacağını deyib.
 
Natiq, həmçinin simsiz internet sahəsində Azərbaycanda “WiMAX” texnologiyası əsasında fəaliyyət göstərən “Sazz 4G İnternet” haqqında da məlumat verib.
 
Bu həftə “Sazz İnternet” provayderinin nümayəndələri daha iki mötəbər beynəlxalq İKT konfranslarında təmsil olunur. Belə ki, şirkətin texniki direktoru David Məmmədov  Amsterdamda keçirilən “Broadband Forum”, həmçinin əməliyyat üzrə rəhbər Sammy Boaçi Dubayda təşkil olunmuş “GITEX 2013” forumunda da məruzə ilə çıxış edirlər.   
 
RƏVAN



Baxış sayı: 738

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024