12px13px15px17px
Tarix:23/10/13

Hakerlər yenidən “Network Solutions” domen sisteminə hücum ediblər


“Network Solutions” şirkəti bu gün növbəti haker hücumundan sonra domen sistemini bərpa etməyə çalışdığını bildirib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Network Solutions” sisteminə son haker hücumu Fələstin tərəfdarı olan haker qrupu şirkətin domen serverlərinə çıxış əldə etdikdən iki həftə sonra baş verib və nəticədə  “Network Solutions” sisteminin müştərilərinin saytlarından yanlış ünvanlandırmalar təhrik edib.

“Network Solutions” son haker hücumu və hansı müştərilərə toxunduğu haqda heç bir məlumat vermədi.
“Network Solutions”  yaydığı məlumatlardan birində bildirib ki, bəzi müştərilər məktub göndərə bilmirlər, çünki şirkətin serverləri bir sıra antispam filtrlərin qara siyahılarına əlavə edilib.

Bu ilin iyul ayında “Network Solutions” genişmiqyaslı DDoS-hücumla üz-üzə gəlib və nəticədə MySQL-serverlər işlək vəziyyətdən çıxıb.

Aynur Vəliyeva



Baxış sayı: 602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024