12px13px15px17px
Tarix:23/10/13

“BenQ” mobil telefonlar bazarına qayıdır


Tayvanın “BenQ” kompüter texnikası istehsalçısı 2008-ci ilin ikinci yarısında tərk etdiyi mobil telefonlar bazarına qayıtmaq niyyətindədir.

Belə ki, ilin sonunadək şirkət ilkin və orta səviyyəli məhsullar kateqoriyasına aid iki “BenQ A3” və “BenQ F3” smartfon modelini Tayvan bazarında satışa çıxaracaq. Qurğuların xarici ölkələrin bazarlarında satışa çıxarılması barədə məlumat verilmir.  

“BenQ A3” dördnüvəli “Qualcomm” prosessoru, 960 х 540 piksel təsvir ölçülü (qHD) 4,5 düymlü sensor displey və 8 meqapikselli kamera ilə təchiz ediləcək. “BenQ F3” dördnüvəli 1,2 giqahers takt tezlikli “MediaTek MT6589” prosessor, 4,5 düym diaqonallı qHD-ekran və 12 meqapikselli quraşdırılmış rəqəmli kameraya malik olacaq.

Mobil qurğuların istehsalına “Qisda” şirkətinin fabriklərində başlanılacaq. “BenQ” şirkəti mobil telefonlar bazarına təkrar qayıtması nəticəsində məhsullar çeşidini genişləndirə biləcək. Şirkət diqqətini hələlik monitor, televizor və proyektorların satışına yönəldib, -“DailyComm www.dailycomm.ru” yazır.




Baxış sayı: 630

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024