12px13px15px17px
Tarix:03/06/11

Social.com domeni hərraca çıxarılır

Social.com domeni dəyərinin nə qədər olduğu 8 iyun Barselonada DOMAINfest-də bu domen hərraca qoyulanda bilinəcək. Başlanğıc qiyməti 5 milyon dollar olacaq domeni indiki sahibi Skot Karterin adından Moniker və SnapNames satacaqlar. Qeyd edək ki, Karter domeni 1995-ci ildə qeydiyyatdan keçirib. O zaman o, Network Solutions-a 100 dollar ödəyib və bütün sənədlər poçtla göndərilib.
Hərracın gedişindən asılı olaraq, Social.com tarixdə ən bahalı domen ola bilər. 1995-ci ildə Karter o dövrün inhisarçısı (monopolisti) Match.com-la rəqabət etmək üçün tanışlıq saytı hazırlamaq istəyirdi. Lakin layihə alınmadı. Nəticədə Social.com The Social Cafe adlı forum oldu, hətta 1995-ci il 22 iyunda sayt "Günün gülməli saytı" tituluna layiq görülüb.Nəticədə Karter 1997-ci ildə domeni 50000 dollara satışa çıxarıb, lakin 2 il ərzində heç kəs domenlə maraqlanmayıb. Onda o, müxtəlif bizneslərin irəliləyişi üçün saytdan istifadə etməyə başlayıb və 2007-ci ildən 2009-cu ilə qədər sayt, hətta mövcud sosial şəbəkələrin siyahısı kimi işləyib. Bütün bunlara baxmayaraq, Skott saytı inkişaf etdirə bilməyib və hərraca çıxartmaq qərarına gəlib.



Baxış sayı: 6373

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024