12px13px15px17px
Tarix:24/10/13

“Qafqaz Universiteti distant təhsil həyata keçirməyə tam hazırdır”

Hazırda Qafqaz Universiteti distant təhsil də həyata keçirməyə tam hazırdır. “ICTnews” xəbər verir ki, bu barədə açıqlamanı Qafqaz Universitetinin rektoru Əhməd Saniç bildirib. Onun sözlərinə görə, bunun üçün universitetin həm tədris bazası, həm də texniki imkanları yaradılıb. O bildirib ki, Azərbaycanda distant təhsillə bağlı qanun qəbul edilən kimi Qafqaz Universiteti bu sahədə də fəaliyyətə başlayacaq.
 
  “Ümumiyyətlə isə, elə insanlar var ki, onlar aldıqları təhsildən və ya ixtisaslarından narazıdırlar. Yaxud da bəzi insanlar, xüsusilə də hər hansı işdə çalışan adamlar karyeralarını daha da zənginləşdirmək arzusundadırlar. Onların hər gün təhsil müəssislərinə getməyə vaxtları olmur. Belə olan təqdirdə, həmin insanların arzularının reallaşması üçün distant təhsil yeni imkanlar yaradır. Bu baxımdan da mən inkişaf etmiş ölkələrdə geniş yayılmış distant təhsilin olmasını çox yaxşı qiymətləndirirəm”- deyə o bildirib.
 
RƏVAN
 



Baxış sayı: 1282

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024