12px13px15px17px
Tarix:24/10/13

Bakıda Dənizkənarı Bulvarda yeni nəsil taksofonların sayı artırılacaq

Bakıda Dənizkənarı Bulvarda qurulan yeni nəsil taksofonların sayı artırılacaq. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən  məlumat verilib.

Vətəndaşların rahatlığının təmin edilməsi onların informasiya texnologiyalarına çıxışının daha asan şəkildə həyata keçirilməsi üçün Dənizkənarı parkın genişləndirilən ərazisində yeni taksofonlar qurulacaq.
Hazırda bulvar ərazisində insanların rahatçılığı üçün müəyyən ərazilərdə GSM tipli müasir taksofonlar mövcuddur və tələb olunan vaxtlarda onların yerinin dəyişdirilməsi mümkündür.

Taksofonlar həm kartla, həm də qəpiklə işləyir .Bu taksofon aparatları Çin, pavilyonları isə Fransa istehsalıdır. Taksofonların köməkliyilə internetə qoşulmaq mümkündür. İstifadəçilər bu aparatlar vasitəsilə “Skype”a da qoşula bilərlər.

Bundan başqa, taksofonlardan “Bluetooth” vasitəsilə mobil telefona foto və musiqi yükləmək mümkündür. Veb-taksofonlarda onlayn oyun və informasiya bölmələri də var. Menyu isə Azərbaycan və ingilis dillərindədir.
Onu da bildirək ki, bulvar ərazisində “Wi Fi” şəbəkəsinin genişləndirilməsi də nəzərdə tutulub.

RƏVAN



Baxış sayı: 1017

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024