12px13px15px17px
Tarix:25/10/13

Nəhəng İT şirkəti 7 min nəfəri işsiz qoyacaq

 “Hewlett-Packard” (HP) şirkəti Avropada daha 7 min nəfərin ixtisarını planlaşdırır. İxtisarların əsas hissəsinin şirkətin “Enterprise Services” bölməsində həyata keçiriləcəyi gözlənilir. “HP”-nin mətbuat xidməti bu informasiyanı hələ ki şərh etməyib.  

2012-ci ilin iyununda ABŞ istehsalçısı Avropada çalışan işçilərin 8 min nəfərinin ixtisarını planlaşdırmasına görə həmkarlar ittifaqları və işçi heyəti ilə məsləhətləşmələrə başlayıb. Hazırda “HP” nümayəndələri bildirirlər ki, əvvəlki ixtisar proqramı artıq həyata keçirilib və başa çatıb. Avropada aparılan ixtisarlar şirkətin baş direktoru Meqan Uitmanın 2014-cü maliyyə ilinin sonunadək 29 min nəfərin işdən azad edilməsi üzrə qlobal proqramın tərkib hissəsidir. Xanım M.Uitman əvvəllər bildirib ki, ixtisarların aparılması daxili xərcləri azaltmaq, tədqiqat və işləmələr üçün əlavə resurslar yaratmaq məqsədilə zəruridir. Son məlumatlara görə, hazırda “HP” tədqiqat və işləmələrə mədaxilin 2,8 faizini xərcləyir.    

Ölkələr üzrə əməkdaşların azaldılması ilə bağlı plan hələlik tam hazır deyil və bu günlərdə müvafiq məsləhətləşmələr aparılır. Məlum olan odur ki, 7 095 nəfərin ən azı 6 mini “Enterprise Services”, 340 nəfəri “Customer Delivery Services” bölmələrinin işçi heyətidir. Bununla yanaşı, “HP”-nin Avropada ən çox əməkdaşının Böyük Britaniyada çalışması da qeyd olunur, lakin məhz bu ofisdə ən az ixtisarlar ediləcək. Ən çox ixtisarların Almaniya və Fransada, eləcə də Şərqi Avropa ölkələrində aparılacağı gözlənilir. Bir sıra ofislərdə əməkdaşların 20 faizədək azaldılması nəzərdə tutulur, - “Cybersecurity www.cybersecurity.ru” yazır.   




Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024